All information about VAT

ƏDV geri al Screenshot
ƏDV geri al Screenshot
ƏDV geri al Screenshot
ƏDV geri al Screenshot
ƏDV geri al Screenshot
ƏDV geri al Screenshot
Version
10.0.3 ( )
Update
Mar 27, 2023
Developer
Category
Installs
100,000+
Rate
0
✅ ƏDV (edv geri al) haqqında bir çox məlumatlar

✅ Tətbiq asan və rahat interfeysə malikdir. Tətbiqdəki kalkulyatordan istifadə edərək nağd, nağdsız, bonus və avans ödənişlər üzrə "Toplam EDV" və "Qaytarılmalı olan ƏDV" məbləğini hesablaya bilərsiniz. QR skanner vasitəsilə ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni skan edə bilərsiniz. Bu fiskal ID-ni mübadilə buferinə kopyalaya, paylaşa və ya çekin elektron versiyasına baxa bilərsiniz.

❌ Tətbiqin portaldakı maliyyə, qeydiyyat və digər proseslər ilə heç bir əlaqəsi yoxdur. Tətbiq sizi "Chrome" brauzerə yönləndirir. Tətbiqdə şəxsi məlumatlar saxlanılmır və paylaşılmır.

✅ İstifadə qaydaları:
▸Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.

▸Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun.

▸Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş EDV-nin (ədv geri al) qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.

✅ Əlavə funksiyalar:
▸Tətbiq vasitəsilə kreditləri, depozitləri, ipoteka kreditlərini hesablamaq mümkündür. Həmçinin bankların təklif etdiyi faizlər və valyuta kursları haqqında məlumat almaq da mümkündür.

✅ Özəlliklər:
▸Kredit Hesablama kalkulyatoru
▸Depozit hesablama kalkulyatoru
▸İpoteka kreditlərinin hesablanma kalkulyatoru
▸Bankların təklif etdiyi faiz miqdarı
▸Valyuta məzənnəsi

✅ Kredit - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

✅ Depozit müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

✅ İpoteka krediti - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur.

© Anar M